Göyərtəsində 17 nəfərin olduğu helikopter qəzaya uğradı

30 İyun 2014 12:38 (UTC+04:00)
Rusiyada göyərtəsində 17 nəfərin olduğu helikopter qəzaya uğrayıb.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, hadisə Xabarovsk diyarında baş verib.

Yerli hüquq-mühafizə orqanlarından bildiriblər ki, helikopterdə 14 nəfər yanğınsöndürən paraşütçü-desant və 3 nəfər ekipaj üzvü olub.

Onların taleyi məlum deyil.

AzNews.az