Kanada Erməni Milli Komitəsi də aksiya keçirəcək

7 Sentyabr 2012 12:59 (UTC+04:00)
Sabah Kanada Erməni Milli komitəsi kanadanın paytaxtı Ottava şəhərində aksiya keçirəcək.

AzNews.az-ın panarmenian.net saytına istinadən verdiyi xəbərə görə, aksiya bu paytaxtdakı Macarıstan səfirliyi qarşısından start götürəcək, Azərbaycan səfirliyi qarşısında yekunlaşacaq.

Bunadan əlavə bildirilir ki, Kanadadakı erməni gənclər təşkilatları da aksiyada aktiv yer alacaq və onlar Ramil Səfərovun ekstradisiyasına etiraz edəcəklər.

Sadiq
AzNews.az