Pul kisəsi oğurlayan şəxs tutuldu – Bakıda
1 İyul 2014 11:51 (UTC+04:00)
Bakıda pul kisəsi oğurlayan şəxs həbs olunub. Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, iyunun 25-də Səbail rayonu, Bülbül prospektində naməlum şəxs Bakı şəhər sakini İsmayıl Orucova zor tətbiq edərək, içərisində 50 manat və mobil telefonu olan pul kisəsini alıb. Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəxs - Bakı şəhər sakini Rüfət Qəhrəmanov tutulub.
Dindirmə zamanı məlum olub ki, o, iyunun 26-da "Park Bulvar" ticarət mərkəzində Bakı şəhər sakini Yadigar Ağayevə məxsus "KİA" markalı avtomobildən də mobil telefon oğurlayıb.
Amid
AzNews.az