Leyla Yunusun ofisində toplantı

1 İyul 2014 14:18 (UTC+04:00)
Milli Şuranın Koordinasiya Mərkəzinin toplantısının keçiriləcəyi vaxt müəyyənləşib.

Bu barədə AzNews.az-a Milli Şuranın Hüquq komissiyasının sədri Vidadi Mirkamal məlumat verib.

O deyib ki, sabah keçirilən Milli Şuranın Koordinasiya Mərkəzinin toplantısında qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunacaq.

İclas iyulun 2-də saat 17.00-da Leyla Yunusun sədri olduğu Sülh və Demokratiya İnstitutunun ofisində keçiriləcək.

Bahar Rüstəmli
AzNews.az