Ermənistan MDB Daxili İşlər Nazirləri Şurasını boykot edəcək

7 Sentyabr 2012 13:48 (UTC+04:00)

MDB Daxili İşlər Nazirləri Şurasına sədrliyin Azərbaycana keçməsi ilə əlaqədar Ermənistan bu qurumun işini boykot edəcək. APA-nın məlumatına görə, bu barədə "Novosti-Armeniya" agentliyi məlumat yayıb.

Xatırladaq ki, Ramil Səfərovun ekstradisiyası, daha sonra əfv olunması ilə əlaqədar Ermənistan bu gün Bakıda keçirilən MDB Daxili İşlər Nazirləri Şurasının növbəti iclasında iştirakdan imtina edib.

AzNews.az