Bara bomba qoyulması xəbərinə rəsmi açıqlama

2 İyul 2014 08:13 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda əyləncə mərkəzinə bomba qoyulması ilə bağlı rəsmi məlumat açıqlayıb.

FHN-dən AzNews.az-a verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda kafelərdən birində partlayıcı qurğu olması barədə məlumat daxil olub.

Dərhal FHN-nin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Nazirliyin mütəxəssisləri hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüb və əraziyə baxış keçirib. Nəticədə, qeyd olunan ərazidə şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 00:50-də başa çatıb.

Xatırladaq ki, Bakıda gənclərin əyləncə mərkəzlərinin birində bomba həyacanı ilə bağlı ilk məlumatı AzNews.az yaymışdır.

Həyəcana səbəb Nizami rayonu, metronun "Neftçilər" stansiyası yaxınlığında yerləşən "Plaza" barına bomba qoyulmasıyla bağlı məlumat olub. Xəbərə görə, bara partlayıcının yerləşdirilməsiylə bağlı polisə məlumat verilib və əraziyə dərhal hüquq mühafizə orqanlarının əməkdaşları gəlib.

Amid
AzNews.az