İlham Mirzəyev həbsxanadan oğluna şeir yazdı
2 İyul 2014 09:02 (UTC+04:00)
Tanınmış teleaparıcı İlham Mirzəyev Bakı İstintaq Təcridxanasında oğlu Həsənə şeir yazıb. Bu barədə AzNews.az-a m’hkumun vəkili Adəm Məmmədov məlumat verib.
AzNews.az həmin şeri təqdim edir:
Atalar balanı yaman istəyir
Gecədən sübhəсən bala səsləyir
Ay bala, ürəyim bu gecə səni istəyir
Bг dünya yalandır, yamandır bala!
Yaman darıxmışam səninçün, bala
Atanı hər zaman sanma vəfasız,
Səfasız, cəfasız... dünya amansız.
İndi insanların çoxu Allahsız!
Bг dünya yalandır, yamandır, bala!
Yaman darıxmışam səninçün, bala
Həsənim, sən mənə Tanrımdan paysan,
Yarımsan, yayımsan, ilk nübarımsan,
Məsumə balamın ümidgahısan
Bг dünya yalandır, yamandır, bala!
Yaman darıxmışam səninçün, bala
Bala, elə bilmə ki, atan acizdir
Hər şeyə inan çoxlarından qadirdir
Ay bala, inan ki, Tanrı adildir
Bг dünya yalandır, yamandır bala!
Yaman darıxmışam səninçün, bala
Yusifi Yaqubla qaytaran Allah
Gecəni gündüzü yaradan Allah
İnşallah sizlərə məni də qaytarar Allah
Bг dünya yalandır, yamandır bala!
Yaman darıxmışam səninçün, bala
Bağlanan qapılar bir gün açılar
Bizə pislik edənləri tarix alçaldar...
Bəzi insanların gözü açılar
Kor olan nadandır insanlar deyil?
Allahım aqildir, Adildir heç zalım deyil
Bг dünya yalandır, yamandır, bala!
Yaman darıxmışam səninçün, bala
Tanrı qovuşdursun bizi, ay bala!
Həsən balama. 27 aprel 2014-cü il
Bahar Rüstəmli
AzNews.az