Avtomobili qaçıran şəxs saxlanıldı

2 İyul 2014 12:37 (UTC+04:00)
Beş ay öncə "Azərbaycan Hava Yolları" QSC-yə məxsus avtomobili qaçıran şəxs saxlanılıb.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də Azərbaycan Hava Yolları QSC-yə məxsus "VAZ-2106" markalı avtomobili qaçırmış Bülbülə qəsəbə sakini Namiq Həşimov tutulub.

AzNews.az