Polis Günü ilə bağlı tədbir keçirildi

2 İyul 2014 15:24 (UTC+04:00)
Azərbaycan polisinin yaranmasının 96-cı ildönümü və Azərbaycan Polisi Günü ilə əlaqədar Nərimanov Rayon Polis İdarəsində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Rayon Polis İdarəsinin rəhbərlik və əməkdaşlarınıniştirakı ilə tədbir keçirilib.

AzNews.az-a daxil olan məlumata görə, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev idarənin bütün əməkdaşlarını Azərbaycan Polisi Günü münasibətilə səmimi qəlbdən təbrik edərək onlara bu çətin, lakin şərəfli peşələrində uğurlar arzulayıb.

Natiq diqqətə çatdırıb ki, ictimai asayişin etibarlı qorunmasının məntiqi nəticəsi olaraq, möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız və dövlətimiz üçün taleyüklü sayılan mühüm layihələr reallaşdırılmış, dövlət başçısı tərəfindən daxili işlər orqanlarının inkişafı və onun müasir standartlara cavab verən ali səviyyəyə çatdırılması, vətəndaşlara xidmət və asayişin təminatının mütərəqqi formalarının tətbiq edilməsi üçün bütün lazımi tədbirlər həyata keçirilir.

Əminliklə bildirilib ki, bu gün hüquq-mühafizə orqanlarının fəaliyyətlərini xalqa xidmət, dövlətçilik, qanunçuluq, anda sədaqət prinsipləri üzərində qurması, peşəkarlıq səviyyəsinin artırılması, ixtisaslı və geniş dünyagörüşlü gənc kadrların hazırlanması kimi üzərlərinə düşən əsas vəzifələri layiqincə yerinə yetirməsi nəticəsində Azərbaycan cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir.Azərbaycanın dünyada etiraf edilən sabit ölkə imici onu həm də beynəlxalq forum və sammitlərin davamlı surətdə keçirildiyi bir məkana çevirib.

Sonda xidmətdə fəqlənən hüquq-mühafizə orqanlarının əməkdaşlarına Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim olunub.




AzNews.az