23:00-dan etibarən bu yoldan keçməyin- FOTOLAR

2 İyul 2014 15:35 (UTC+04:00)
Paytaxtda daha bir yol bağlanıb, digər bir yol isə hərəkət bərpa edilib.

ANS PRESS-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla verdiyi məlumata görə, Həsən Əliyev küçəsinin Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən Azər Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsində yolun asfalt-beton örtüyünün yenilənməsi işləri başa çatdığı üçün yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Bu axşam saat 23:00-dan etibarən Həsən Əliyev küçəsinin Azər Əliyev küçəsi ilə kəsişməsindən Tbilisi prospektinə ilə kəsişməsinədək olan hissəsi yolun asfalt-beton örtüyünün yenilənməsi işləri əlaqədar nəqliyyat vasitələrinin hərəkəti üçün tam məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Hənifə Ələsgərov və Abbasqulu Ağa Bakıxanov küçələrindən istifadə etmələri tövsiyə olunur. Təmir işlərinin 1 həftə ərzində davam edəcəyi bildirilir.

AzNews.az