Separatçıların maşın karvanı məhv edildi-Ölən və yaralılar var

3 İyul 2014 09:49 (UTC+04:00)
Ukraynada hökumət qüvvələri terrorçuları daşıyan maşın karvanını məhv ediblər.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, antiterror əməliyyatı mərkəzinin media qrupunun rəhbəri Dmitriy Tımçukun sözlərinə görə, əməliyyat zamanı separatçıların istifadə etdiyi 5 "KamAz" sıradan çıxarılıb.

Döyüşdə 1 hərbçi həlak olub, 18i isə yaralanıb. Separatçıların itkiləri barədə isə dəqiq məlumat yoxdur.

Xatırladaq ki, Donetsk və Luqansk vilayətlərində antirerror əməliyyatları aprelin ortalarından davam edir. Ukrayna təhlükəsizlik xidmətinin verdiyi son məlumatlara görə, əməliyyatlar zamanı 200 Ukrayna hərbçisi həlak olub, 619 nəfər yaralanıb. Separatçıların itkiləri haqda isə dəqiq rəqəmlər açıqlanmır.

Aydan Axundova
AzNews.az