Gürcüstanda məhbuslara yeni cəza növü tətbiq edilir

7 Sentyabr 2012 15:08 (UTC+04:00)
Yaxın zamanda Gürcüstanda yeni cəza növü tətbiq ediləcək. Bu barədə məlumatı "Gürcüstan Online" agentliyi yayıb. Məlumata görə, azadlığı məhdudlaşdırılan şəxslər onlar üçün yaradılan texniki-peşə müəssisələrinə cəlb ediləcəklər. Məhbuslar bu müəssisələrdə təhsillərini başa vurduqdan sonra dövlət müəssisələrinin sənədi ilə eyni qüvvəyə malik sertifikat ala biləcəklər.

İlkin olaraq yaradılacaq müəssisə 100 nəfər üçün nəzərdə tutulub. Gələcəkdə bu müəssisələrin sayının artırılması planlaşdırılır. Azadlığın məhdudlaşdırılması üçün nəzərdə tutulan müəssisələr intensiv reablitasiya müəssisələrinə çevriləcək. Məhbuslar burada işləyərək pul qazanacaq və istirahət günlərini ailələri ilə birlikdə keçirəcəklər.

E.Əlosmanqızı
AzNews.az