Türkiyədə güclü yanğın başlayıb. ANS PRESS-in məlumatına görə, yanğın Hadımköy ərazisindəki ütü firmasının binasında yaranıb. Yanğın şiddətli olduğundan əraziya 6-7 bölgədən yanğınsöndürənlər cəlb olunub.
Hadisə yerinə 34 yanğınsöndürən maşın, 112 yanğınsöndürən və onlarla xilasedici cəlb olunub. Bundan başqa, alovun söndürülməsi üçün helikopter də işləyir.
Əraziyə cəlb olunmuş yanğınsöndürənlərin səyi nəticəsində alovun ətrafa yayılmasının qarşısı alınıb.
Yanğınsöndürənlərin səyi nəticəsində alovun miqyasını kiçiltmək və yanğını qismən söndürmək mümkün olub. Lakin hələlik ərazidə tüstüləmə var.
İlkin məlumata görə, yanğın nəticəsində xəsarət alan olmayıb.