Bakı-Krasnoyarsk-Bakı istiqaməti üzrə aviareys açıldı
4 İyul 2014 08:10 (UTC+04:00)
Bu gündən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Krasnoyarsk-Bakı istiqamətində müntəzəm uçuşların yerinə yetirilməsinə başlayır.
AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, uçuşlar həftədə bir dəfə cümə günü yerinə yetiriləcək.
Bakıdan uçuş saat 05:45-də, Krasnoyarskda eniş 13:45-də, o cümlədən Krasnoyarskdan uçuş saat 15:45-də, Bakıda eniş isə saat 18:25-də həyata keçiriləcək.
Qeyd edək ki, uçuşlar "Boeing" tipli təyyarələrlə reallaşdırılacaq.
AzNews.az