Oruc tutan hərbçinin halı pisləşdi – Foto

4 İyul 2014 08:34 (UTC+04:00)
Türkiyədə Hərbi Hava Liseyində məzun mərasimində təsirli anlar yaşanıb.

AzNews.az axar.az-a istinadən xəbər verir ki, liseyin məzun mərasimində günün altında dayanan müdavimlərdən birinin halı pisləşib. Bu zaman bəlli olub ki, hərbçi oruc tutub.

140 müdavimin diplom aldığı tədbirdə istidən halı pisləşən oruclu hərbçiyə yoldaşları və komandiri köməklik edib.

İstidən və susuzluqdan halı pisləşən hərbçi bütün bunlara baxmayaraq, mərasimi tərk etmək istəməyib. Sıradan çıxmayan hərbçinin halı yenə pisləşib və ürəyi gedib.

Sıradan kənarda tibbi müayinə göstərilən müdavim iki dəfə halının pisləşməsinə baxmayaraq, mərasimi tərk etmək istəməməsi tədbir iştirakçılarının onu ayaq üstə alqışlamasına səbəb olub.

AzNews.az