İnfarkt keçirdiyi deyilən baş məşqçi danışdı

4 İyul 2014 14:29 (UTC+04:00)
"Xəzər Lənkəran"ın baş məşçisi səhhəti ilə bağlı açıqlama verib.

ANS PRESS-in məlumatına görə, Oğuz Çətin bildirib ki, səhhətində heç bir problem yoxdur:

"Sağlamam. Hər kəsin bu məlumatları mənim öz dilimdən eşitməsini istədim. Dünən axşam saatlarında yediyim bir yeməkdən zəhərləndim. Daha sonra xəstəxanaya getdim. Məni orada ciddi yoxladılar. Hazırda özümü yaxşı hiss edirəm. İşimin başındayam".

Xatırladaq ki, mətbuatda "Xəzər Lənkəran"ın baş məşçisinin dünən ürəyində ağrı hiss etdiyi və təcili olaraq xəstəxanaya aparıldığı xəbəri yayılıb.

AzNews.az