İranda yeraltı təkanlar baş verdi
5 İyul 2014 07:46 (UTC+04:00)
İranın Fars əyalətinin Darab şəhərində Rixter cədvəli üzrə 4,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı iribnews-a istinadən məlumat verir.
Tehran Universiteti Geofizika İnstitutunun Seysmik Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla bu gün saat 07:41-da baş verib.
Məlumata əsasən, Hələlik ölən və yaralananlar və dəymiş ziyan barədə məlumat yoxdu.
Qeyd edək ki, iyun ayının 21-də də İranın Fars əyalətinin Baba Monir şəhərində Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ baş vermişdi. Zəlzə nəticəsində Baba Monir şəhərində evlərə ziyan dəymişdi və bəzi evlər dağılmışdı.
AzNews.az