Baş nazirin müavini:“İŞİD qızlarımızı aldadıb, İraqa, Suriyaya aparır”- VİDEO
7 İyul 2014 07:51 (UTC+04:00)
Türkiyə baş nazirinin müavini Bülent Arıncın ötən həftə keçirilən tədbirlərin birində çıxışı zamanı söylədikləri ölkəni şoka salıb.
AzNews.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, B. Arınc deyib ki, terrorçu "İraq Şam İslam Dövləti"nin (İŞİD) xüsusi təlimatlandırılmış üzvləri türkiyəli gənc qızları aldadılaraq İraqa, Suriyaya aparır. Hökumət rəsmisi onu da əlavə edib ki, burada onlardan cihad adıyla cinayət məqsədləri üçün istifadə edilir.
B. Arınc İŞİD-ə xəbərdarlıq da edib: "Özlərini xilafət dövləti kimi elan edirlər, amma öldürürlər, baş kəsirlər, silahdan istifadə edirlər, zorakılıq törədirlər. "Lə İlahə İləllah" deməsinə baxmayaraq, məzhəbi fərqli olanlara qarşı cinayət törədirlər.
Təssüf edirəm ki, belə təşkilatlar Türkiyədə dəstək tapa bilərdi. Son məlumatlara əsasən, bu təşkilatda Türkiyədən gedənlər və baş kəsmək üçün növbə gözləyənlər var. Ola bilər çox deyillər, amma var. Bu necə müsəlmançılıqdır, yolunu azmaqdır?"
O, İŞİD üzvlərinin sosial şəbəkələrdən daha çox yararlandıqlarını da qeyd edib: "Qızlar da bu şəkildə aldadılaraq "cihad"a cəlb edilir.
Soail şəbəkə vasitəsilə gənc, yeniyetmə qızlarımız münasibət yaradır, bir yolunu taparaq o biri tərəfə keçir, onlarla birlikdə bu cinayəti işləyirlər. Bir hissəsi burda yetişdirilir. Ola bilər ki, fond olan, dərnək, adı ilə fəaliyyət göstərən, İslami təyinatı gizlədilmiş işlərlə bu əməli törədirlər. Həmin adamlara cihad səhv anlatılır.
Bir insan, bir gənc qız necə olur ki, sosial şəbəkədə "chatlaşdığı" insanın arxasıyca ölümə gedir?"
AzNews.az