İstirahət günləri... 3 boğulma, 2 günvurma

7 İyul 2014 08:49 (UTC+04:00)

İstirahət günləri Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına suda boğulma ilə bağlı 3, günvurma ilə bağlı isə iki nəfər müraciət edib. Stansiyadan AzNews.az-a bildirilib ki, ötən həftənin şənbə-bazar günləri Bakı çimərliklərində 3 nəfərin suda boğulması ilə bağlı təcili yardıma müraciət edilib. Onlardan 2-si kişi, biri isə xanımdır. Dənizdə hər üç boğulan şəxs həkimlərin səyi ilə həyata qaytarmaq mümkün olub. Hər üç şəxs xəstəxanalara yerləşdirilib. Bununla belə, bu həftənin şənbə-bazar günləri 2 nəfər günvurma ilə bağlı təcili yardıma müraciət edib.

Amid
AzNews.az