Keçmiş baş nazir qəzaya düşdü

7 İyul 2014 10:58 (UTC+04:00)
Türkiyənin keçmiş baş naziri Tansu Çillər xəstəxanaya yerləşdirilib.
AzNews.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ötən gün T. Çillər qəza nəticəsində bud sümüyünü sındırıb.

Keçmiş baş nazir oğlunun müşayiəti ilə İzmirdən xüsusi təyyarə ilə İstanbula gətirilib.
O, Acıbadəm Maslak Xəstəxanasına yerləşdirilib.

Əhməd
AzNews.az