Eduard Şevardnadze vəfat etdi

7 İyul 2014 11:58 (UTC+04:00)
Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze dünyasını dəyişib. AzNews.az-ın məlumatına görə, bu barədə Gürcüstan mətbuatına sabiq prezidentin yaxınları məlumat verib.

Qeyd edək ki, 1928-ci il yanvarın 25-də anadan olub. 1972-1985-ci illərdə Gürcüstan KP MK-nın birinci katibi, 1985-1990-cı illərdə SSRİ-nin Xarici İşlər naziri vəzifələrində çalşıb. 1995-2003-cü illərdə Gürcüstan Respublikasının Prezidenti olub.

İntiqam Valehoğlu
AzNews.az