Şahmatçılarımızın sinxron məğlubiyyətləri

8 Sentyabr 2012 08:09 (UTC+04:00)
Şahmat üzrə kişilərdən və qadınlardan ibarət Azərbaycan milli yığma komandaları İstanbulda davam edən Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər.

Bu dəfə kişilərdən ibarət komandamız Ukrayna millisi ilə qüvvəsini sanayıb və oyundan məğlub ayrılıb – 1,5:2,5. Qadın komandamıza gəlincə, Fikrət Sideyifzadənin yetirmələri Fransa komandası ilə qarşılaşıb və eyni hesabla məğlub olub.

Emin Abbasov
AzNews.az