3 dayısını öldürən şəxs ömürlük azadlıqdan məhrum edildi

7 İyul 2014 15:21 (UTC+04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 3 dayısını evin içərisində yandırıb öldürən Əsgəralı Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesə hökm oxunub. Hökmə əsasən, Ə. Abbasov ömürlük olaraq azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Əsgəralı Abbasov dayıları - Dünyamalı Mirzəyev, Yadigar Mirzəyev və Ağamalı Mirzəyevin olduğu bağ evinin qapılarını bağlayaraq od vurub. Nəticədə onların üçü də tüstüdən boğularaq ölüb.

AzNews.az