Rezidenturaya imtahanlar keçirilir

8 Sentyabr 2012 08:17 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən AzNews.az-a verilən xəbərə görə, imtahanda iştirak etmək üçün 1121 nəfər elektron ərizə doldurub və təsdiq edib. Onlardan 842 nəfəri qız, 279 nəfəri isə oğlandır.

İmtahan Bakı şəhərində Azərbaycan Tibb Universitetinin I və V tədris binalarında və Naxçıvan şəhərində 1 binada keçiriləcək.

Qəbul imtahanları test üsulu ilə iki mərhələdə keçiriləcək. Birinci mərhələdə namizədlərin baza ali tibb təhsili istiqamətinə müvafiq olan qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi isə sentyabrın 9-da keçiriləcək.

Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi qəbul imtahanının nəticələri elan olunduqdan sonra aparılacaq. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.

İlkin
AzNews.az