Prezident blokada əmri verdi

8 İyul 2014 09:21 (UTC+04:00)
Ukrayna prezidenti Petro Poroşenko üsyançılar tərəfindən tutulan Luqans və Donetskin azad olunması barədə tədbirlər planına imza atıb.

ANSPRESS bildirir ki, üsyançıların təslim olması üçün, şəhərlər blokadaya alınacaq.

"Torpaqlarımızın üsyançılardan azad olunması mərhələlərini özündə ətraflı əks edən sənəd prezident tərəfindən diqqətlə incələndi və təsdiq olundu" - deyə milli təhlükəszilik və müdafiə katibinin müavini Mixail Koval bildirir.

Qeyd edək ki, son istrahət günlərində üsyançı qüvvələr Slavyansk, Kramatorska, Artemovska, Drujkovki bölgələrindən Donetsk və Luqansk tərəfə çəkilib.

Onlar bunu silahlı qarşıdurmanın mülki vətəndaşlara təsir bölgəsindən uzqlaşdırmaq niyyəti ilə izah edirlər.

AzNews.az