Ukraynada separatçılar çıxılmaz vəziyyətə düşdü - Açıqlama

9 İyul 2014 10:36 (UTC+04:00)
Ukraynanın Donetsk vilayəti ərazisində separatçı "Donetsk Xalq Respublikası" (DXR) adlı qurum elan edərək, hakimiyyətə silahlı müqavimət göstərən qondarma qurum çıxılmaz vəziyyətə düşüb.

AzNews.az-ın "Komsomolskaya Pravda"ya istinadən verdiyi məlumata görə, qondarma qurumun "baş nazir"nin müavini Andrey Purqin deyib ki, DXR rəhbərliyi Kiyevlə barışığın mümkünsüz olduğunu hesab edir: "Kiyev hakimiyyəti ilə barışıq mümkün deyil. Hazırda Ukrayna hərbçilərinin əlində 400 nəfər əsir və girovumuz var. Barışığın mümkünsüz olmasına ikinci səbəb humanitar dəhlizin bizə verilməməsidir. Elə təkcə buna görə Petr Poroşenko Haaqa hərbi məhkəməsinə verilməlidir. Dəhliz Slavyanskda yox idi, indi Luqanskda da yoxdur".

Baş nazirin müavini iddia edir ki, Ukrayna burada yaşayan insanları unudub: "Bu insanlar ona lazım deyil. Ona görə də heç nə ilə hesablaşmadan yaşayış məntəqələrini bombardıman edir. Üç ay əvvəl federallaşma barədə danışmaq olardı. İndi isə güzəşt mümkün deyil".

DXR nümayəndəsi bölgəyə ATƏT müşahidəçilərinin gəlməsinə tərəfdar olduqlarını da söyləyib.

Aydan Axundova
AzNews.az