Bako Saakyan: “İstənilən hərbi müdaxiləyə layiqli cavab veriləcək”

8 Sentyabr 2012 09:50 (UTC+04:00)
Qondarma Dağlıq Qarabağ respublikasının qondarma prezidenti müharibə əleyhinə olduqlarını deyib.

AzNews.az-ın Newsarmenia.ru saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri Qondarma Respublikanın prezidenti Bako Saakyan inauqurasiya mərasimində səsləndirib.

İkinci erməni prezident çıxışı zamanı münaqişə tərəflərini də bilərəkdən səf salıb və bildirib ki, Azərbaycan-Qarabağ münaqişəsi yalnız və yalnız sülh yolu ilə həll olunmalıdır.

O, arsızcasına danışıqlarda Qarabağın tərəf kimi iştirak etməli olduğunu deməkdən çəkinməyib. Qondarma respublikanın prezidenti Azərbaycanı təhdid edərək bildirib ki, onlar istənilən hərbi müdaxilənin qarşısını alacaqlar və bu cür fikrə düşənlərə layiqli cavab veriləcək.

Qeyd edək ki, inauqurasiya mərasimində Ermənistan prezidenti Serj Sarkisyan və digər erməni rəsmilər iştirak edib.

Sadiq
AzNews.az