Avtomobil 79 yaşlı qadını vuraraq öldürdü
10 İyul 2014 09:28 (UTC+04:00)
Bakıda avtomobil 79 yaşlı piyadanı vuraraq öldürüb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 9-da Yasamal rayonu Xiyabani küçəsində Bakı şəhər sakinləri 1986-cı il təvəllüdlü Turan Qasımov idarə etdiyi "Opel" markalı avtomobillə 1935-ci il təvəllüdlü Mamaxanım Bağırovanı vurub. Nəticədə M.Bağırova xəsarətlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və qadın orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az