“Muhteşem Yüzyıl”a möhtəşəm təklif-Amerikadan
10 İyul 2014 10:23 (UTC+04:00)
Dörd mövsümdən sonra 139-cu bölümündə ekranlarla vidalaşan "Muhteşem Yüzyıl" serialı
Amerikanın iki böyük televiziya şirkətini bir birinə rəqib edib. AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, HBO ile NBC teleşirkətləri ekran əsərinin Amerika qitəsində yayımlaması üçün serialın rejissoruna müraciət ediblər. Bildirilir ki, artıq bununla bağlı rejissor Timur Savcıyla danışıqlara başlanılıb.
Bildirilir ki, eyniadlı filmin çəkilişləri məhz bu səbəbdən ertələnib. Türkiyə mətbuatının yazdığı digər xəbərdə qeyd olunur ki, serialın yayım hüququndan əldə oluna gəlirlər filmin çəkilişlərinə yatırılacaq.
İntiqam Valehoğlu
AzNews.az