İntihara imkan vermədilər
10 İyul 2014 10:26 (UTC+04:00)
Şəmkirdə intihar etmək istəyən şəxs ölümün "caynağı"ndan alınıb.
AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, quruma Şəmkir rayonu Kür qəsəbəsində 1 nəfərin mobil rabitə qovşağının qülləsinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.
Hadisə yerinə gəlmiş xilasedicilər həmin vətəndaşa kənar psixoloji təsirlərin qarşısını almaq məqsədilə əraziyə toplaşmış insanları uzaqlaşdırıb və mobil rabitə qovşağının qülləsinə çıxaraq intihar etmək istəyən şəxslə müvafiq söhbətlər aparıblar. Xilasedicilər tərəfindən intihara cəhd nümayiş etdirən vətəndaşla psixoloji kontakt yaradılmış və gərgin psixoloji vəziyyətdə olan həmin şəxsin intihar etməsinin qarşısı alınıb. Xilas olunmuş şəxs aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 23:59-da başa çatıb.
Amid
AzNews.az