Donbasdakı terrorçuların sayı açıqlandı

10 İyul 2014 11:09 (UTC+04:00)
Ukrayna Antiterror Mərkəzinin kəşfiyyatı antiterror əməliyyatları zonasında qalan terrorçuların sayını hesablayıb. AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu say qondarma "LXR" başçısı Valeriy Bolotovun açıqladığı rəqəmdən çox aşağıdı.

Antiterror mərkəzinin qərargahından verilən məlumata görə, Bolotov öz mətbuat konfransında deyib ki, hazırda "DNR" və "LXR"-də silahlıların sayı 20 minə yaxındır. Yəqin, bu məlumatlar qəsdən şişirdilir. Antiterror mərkəzinin apardığı son kəşfiyyata əsasən terrorçuların sayı 7 minə yaxındır və bu say hər gün azalır.

Qeyd edək ki, Antiterror əməliyyatlarının uğurlu fəaliyyəti nəticəsində terrorçular qaçmalı və ya Ukraynaya əsir düşməli olurlar.

Aydan Axundova
AzNews.az