Vaqif Arzumanlı dəfn edildi
10 İyul 2014 13:58 (UTC+04:00)
Fəlsəfə elmləri doktoru, professor Vaqif Arzumanlı Xudatdakı "Şıxlar" qəbiristanlığında dəfn olunub.
AzNews.az-ın məlumatana görə, professor öz vəsiyyəti ilə "Şıxlar" qəbiristanlığında torpağa tapşırılıb.
Onun sözlərinə görə, dəfn mərasimində Vaqif Arzumanlının iş yoldaşları, AMEA-nın vitse-prezidenti, xalq şairi Sabir Rüstəmxanlı və digər şəxslər iştirak edib.
Qeyd edək ki, Fəlsəfə elmləri doktoru, professor Vaqif Arzumanlı ötən gün Nabrandakı bağ evində ürək tutmasından dünyasını dəyişmişdi.
Allah rəhmət eləsin.
AzNews.az