Ermənistan Türkiyəyə möhtac qalıb

8 Sentyabr 2012 10:57 (UTC+04:00)


AzNews.az-ın armtoday.info saytına istinadən verdiyi xəbərə görə, Tiqran Sarkiysan İrəvanda akkreditə olunmuş ATƏT səfirləri ilə görüşündə bildirib ki, biz Türkiyəyə dərhal diplomatik münasibətləri bərpa etməyi və sərhədləri açmağı təklif edirik. Sarkisyan ölkəsində iqtisadi islahatların davam etdirilməsindən də səfirlərə bol-bol danışıb və bu istiqamətdə Avropa Birliyinin köməyinə ehtiyac duyduqlarını da qeyd edib. Erməni nazir müavini demokratiya yönündə aparılan islahatlardan da söz açmağı unutmayıb və bildirib ki, onların əsas məqsədi həyat səviyyəsini artırmaq, orta təbəqə formalaşdırmaq və bizneslə siyasəti bir-birindən tamamilə ayırmaqdır.

Sadiq
AzNews.az