Rihanna və “həyatının sevgisi” -Video

8 Sentyabr 2012 12:08 (UTC+04:00)
MTV video musiqi mükafatları təqdim edildi, amma yaddaşlarda maraqlı səhnələrlə qaldı. Ən yaxşı səhnə isə Rihanna və keçmiş sevgilisi Kris Brounun görüşməsi oldu. Heç demə, gənc ulduzun 2009-cu ildə onu döyərək xəstəxanalıq edən Kris Brouna olan sevgisi hələ də ölməyib. Bir müddət əvvəl Oprah Şovanın verilişində Krisi "həyatının sevgilisi" adlandıran Rihanna onu unutmadığını bir daha sübut etdi. Cütlüyün görüşmə səhnəsi canlı yayım kameralarına düşməsə də zalda olan həvəskar çəkilişlərdə görünür. Biz də bu səhnənin videogörüntülərini sizə təqdim edirik.



Səadət Abbaslı
AzNews.az