Ərdoğan İŞİD-ə və İsrailə sərt ismarış göndərdi-VİDEO
12 İyul 2014 07:54 (UTC+04:00)
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyə Yaşılay Cəmiyyətinin təşkil etdiyi iftar məclisində iştirak edib.
AzNews.az-ın məlumatına görə, iftar yeməyindən sonra çıxış edən baş nazir İsrailə və "İraq Şam İslam Dövləti" (İŞİD) terrorçu təşkilatına çağırış edib.
Ərdoğan çıxışında Fələstinə görə, İsrailə biurmənalı şəkildə ismarış göndərib: "Ey İsrail, əgər Türkiyə ilə münasibətlərin normallaşmasını istəyirsənsə, Fəlsətində - Qəzzada hərbi əməliyyatları dayandırmalısan".
Baş nazir İŞİD tərəfindən girovluqda saxlanılan Türkiyə diplomatları ilə bağlı məsələyə də toxunaraq, terrorçu qruplaşmaya səslənib: "İraqdakı qardaşlarımızın sağ-salamat dönməsi üçün əlimizdən gələni edirik. Ancaq səbrimiz son həddinə gəldi. Sənə bir zərəri olmayanlara bunu edə bilməzsən. Hazırda o qardaşlarımız çox çətin şərtlərdə yaşayırlar. İŞİD-ə səslənirəm. Konsullarımızın buraxmalarını istəyirik. Bunu xüsusilə xatırladıram".