Şəhər meri Nelya Ştepan saxlanıldı
12 İyul 2014 08:19 (UTC+04:00)
Ukrayna hüquq-mühafizə orqanları separatçıların "qalası" adlandırılan Slavyansk şəhərinin keçmiş meri Nelya Ştepanı saxlayıb.
AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, keçmiş məmurun separatçılarla iş birliyinin araşdırılması və dövlət quruluşu əleyhinə fəaliyyət göstərməsinin detallarının araşdırılması üçün Təhlükəsizlik Xidmətinin İdarəsinə aparacaqlar.
Daxili İşlər Nazirliyindən bildirilib ki, Nelya Ştepa Ukrayna Cinayət Məcəlləsinin "Ukrayna ərazi bütövlüyünə və toxunulmazlığına qəsd" maddəsi ilə cinayət törətməkdə şübhəli bilinir.
Aydan Axundova
AzNews.az