Ukrayna: “Rusiyaya məxsus hərbi texnikalar məhv edildi”
14 İyul 2014 07:55 (UTC+04:00)
Ukrayna Müdafiə Nazirliyi ölkənin cənub-şərqində Rusiyaya məxsus hərbi birləşmələrlə döyüşdüyünə dair rəsmi açıqlama verib.
AzNews.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin açıqlamasında bildirilib ki, ötən gecə Luqansk aeroportu və Donetsk şəhəri ətrafında gedən döyüşlərdə əraziyə cəlb olunmuş Rusiyaya məxsus hərbi texnikalar məhv edilib.
Ukrayna Hərbi-Hava Qüvvələrinin həyata keçirdiyi əməliyyat zamanı ümumilikdə 14 texnika sıradan çıxarılıb: "Ötən gün ərzində separatçılar Ukrayna ordusunun Luqansk vilayətinin Makarovo, Aleksandrovsk, Marinovka yaşayış məntəqələri yaxınlığındakı postlarını minaatanlardan və avtomat silahdan atəşə tutublar.
Həmçinin, Donetsk aeroportu da atəşə məruz qalıb. Hərbçilər arasında itki yoxdur".
Əhməd
AzNews.az