NATO qərargahı qarşısında partlayış - 7 ölü
8 Sentyabr 2012 13:19 (UTC+04:00)
Əfqanıstanın paytaxtı Kabil şəhərində intiharçı terrorçu tərəfindən partlayış törədilib. AzNews.az-ın newsru.com saytına istinadən verdiyi xəbərə görə, Kabildəki NATO qərargahı qarşısında törədilən partlayışda 6 nəfər həyatını itirib, daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ölən və yaralananlar arasında uşaqların da olduğu bildirilir.
Qeyd edək ki, partlayışa görə məsuliyyəti "Taliban" silahlı qruplaşması üzərinə götürüb.
Sadiq
AzNews.az