Zamiqdən qeyri-adi, anlaşılmaz hərəkət

8 Sentyabr 2012 21:10 (UTC+04:00)
Bir neçə müddət əvvəl Akif İslmazadənin "Ötən günlərimi qaytaraydılar" mahnısını tanqo kimi ifa edən Zamiqə korifey sənətkar irad tutaraq "Zamiq kimdi mən elə adam tanımıram" deyə fikir bildirmişdi. Biz də Zamiqin məsələ ilə bağlı münsaibətini öyrənmək istədik. Zamiq əvvəlcə bizə "Akif məllimlə danışmışıq və
bütün icazələri almışıq" desə də, sonradan gənc müğənni öz fikrini dəyişərək başqa sözlər deməyə başladı. Və bizə qəribə şəkildə "Siz Zamiqlə danışmırsız, hal-hazırda Zamiq burda yoxdur deyərək" telefonu söndürdü.

Əminə
AzNews.az