İlyas Tapdıq xəstəxanadan evə buraxıldı: “İrəliləyiş yoxdu”

14 İyul 2014 15:14 (UTC+04:00)
Şair İlyas Tapdıq xəstəxanadan evə buraxılıb. Bu barədə AzNews.az-a açıqlamasında şairin özü məlumat verib. O, bildirib ki, səhhəti ilə bağlı müayinə ev şəraitində davam edir: "İki gündür xəstəxanadan evə buraxıldım. Həkimlər mənə xeyli dərman preparatları yazıblar. Hazırda gün ərzində yetərincə dərman, iynə qəbul edirəm. Amma daha bunun sonu nəylə nəticələnəcək, onu Allah bilir. Bu qədər dərman qəbul etsəm də, səhhətimdə ciddi irəliləyiş hiss etmirəm".

Xatırladaq ki, şair İlyas Tapdıq Kliniki Tibbi Mərkəzin Kardiologiya şöbəsinə yerləşdirilmişdi. O, ürək ağrılarından əziyyət çəkir.

Bahar Rüstəmli
AzNews.az