Pilotun fəryadı: “Arvadım məni döyür”

15 İyul 2014 07:29 (UTC+04:00)
Türkiyədə həyat yoldaşını boşamaq üçün müraciət edən 48 yaşlı pilot arvadı tərəfindən döyüldüyünü iddia edərək məhkəmədən təhlükəsizliyinin təmin olunmasını tələb edib.

ANS PRESS-in xəbərinə görə, daha əvvəl həyat yoldaşını boşayan, sonra onunla yenidən evlənən Antalya sakini A.E. məişət zorakılığına məruz qaldığını bildirib.
A.E. hətta bu məqsədlə daha əvvəl polis bölməsinə də müraciət etdiyini qeyd edib.

Pilotun həyat yoldaşı E.H.U.E isə iddiaları təkzib edərək özünün zorakılığa məruz qaldığını bildirib.

"Həyat yoldaşı fiziki olaraq məndən daha iridir. Bu səbəbdən də onun döyməyim mümkün deyil. Bu, ciddi olmayan bir ittihamdır".

Qarşılıqlı iddiaları dinləyən məhkəmə heyəti isə prosesi təxirə salıb.

AzNews.az