Bu ilin ən yaxşı heyvan şəkilləri- FOTOLAR
15 İyul 2014 09:05 (UTC+04:00)
Bu ilin ən yaxşı heyvan fotoları yayımlanıb.
"Wildlife Photographer of the Year" adlı foto müsabiqəsinə 41 min şəkil təqdim olunub. Hər il ənənəvi olaraq təşkil edilən müsabiqəyə təqdim edilən şəkillərdən 50-i seçilərək səsverməyə çıxarılıb. Səsvermə 5 sentyabr tarixinə kimi davam edəcək. Oktyabr ayında isə birinci yerin adı açıqlanacaq.
Fotolar arasında həqiqətən diqqət çəkən nümunələr var. Heyvanların ən təbii anlarını görüntüləyən fotoqraflar bir-birindən maraqlı şəkillər çəkiblər. Məsələn, bir şəkildə sudakı bir meymun tapdığı bir telefonla maraqlanır. Fotonu çəkən Marsel van Oosten isə meymunun Facebookdakı mesajlarına cavab verdiyini qeyd edərək zarafat edir.
AzNews.az