Hərbçilərimiz təlimə gedir

15 İyul 2014 09:44 (UTC+04:00)
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq təlimdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a bildiriblər ki, iulun 16-dan 29-dək Novo Selo şəhərində (Bolqarıstan) "Platinum Lion" təlimi keçiriləcək.

Təlimdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

AzNews.az