Ukrayna hərbi təyyarəsi vuruldu - İddia (VİDEO)

15 İyul 2014 15:14 (UTC+04:00)
Ukrayna Silahlı Qüvvələrinə məxsus "An-26" hərbi təyyarəsi Rusiya Hərbi Hava Qüvvələri tərəfindən vurulub.

AzNews.az-ın məlumatına görə, bu açıqlamanı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının İnformasiya Mərkəzinin rəhbəri Andrey Lısenko brifinqdə verib.

O deyib ki, iyunun 14-də vurulan təyyarənin ekipaj heyətinin 7 üzvündən başqa hərbi yükü müşayiət edən bir nəfər də olub. Ekipaj heyətinin iki üzvü hazırda separatçıların əlindədir, altı nəfərin taleyi barədə məlumat yoxdur.
Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir.



Əhməd
AzNews.az