Bu gün Moskvada dövlət bayraqları endiriləcək
16 İyul 2014 07:25 (UTC+04:00)
Metro qəzası ilə əlaqədar Rusiyanın paytaxtında matəm elan olunub.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, iyulun 15-də baş vermiş faciə 79 illik Moskva metropoliteni tarixində ən irimiqyaslısıdır.
Son məlumatlara əsasən, qəza nəticəsində 22 nəfər ölüb, 129 nəfər xəsarət alıb.
Paytaxt sakinlərindən başqa Rusiyanın 12 regionunun sakini və 5 əcnəbi zərər çəkib, 2 xarici vətəndaşı ölüb.
Matəm günü ilə əlaqədar iyulun 16-da Moskvada dövlət bayraqları endiriləcək, əyləncəli tədbirlər təxirə salınacaq.
AzNews.az