London Paralimpiya oyunları başa çatdı

10 Sentyabr 2012 07:25 (UTC+04:00)


AzərTAc xəbər verir ki, "Od festivalı" adını daşıyan tədbirdə hərbçilərə xüsusi ehtiram göstərilmişdir. Təntənəli mərasimin əvvəlində Böyük Britaniya bayrağını aparmaq şərəfi məhz ölkə hərbçilərinə həvalə edilmişdi.

Mərasimdə Rianna, Jay-Z və s. kimi dünya şou-biznesinin tanınmış ulduzları çıxış etmişlər. Coldplay "Viva La Vida" qrupunun çıxışı zamanı telekörpü vasitəsilə Böyük Britaniyanın hər yerindən incəsənət ustaları tədbirə qoşulmuşlar. Təşkilatçılar çıxışlarına görə musiqiçilərə rəmzi qonorar-1 funt sterlinq pul təqdim etmişlər. Şounun elementlərindən biri olan-bir qrup artistin stadiona daxil olması mərasimi daha parlaq və unudulmaz etmişdir.

Qeyd edək ki, Azərbaycan idmançıları budəfəki Paralimpiya Oyunlarında 12 medal qazanmışlar. Bu medalların 4-ü qızıl, 5-i gümüş, 3-ü bürüncdür. İştirakçı komandalar arasında Azərbaycan yığması 27-ci yeri tutmuşdur.

AzNews.az