Narkotik alverçilərinin tutulması üzrə xüsusi əməliyyat keçirilir

16 İyul 2014 10:06 (UTC+04:00)
İstanbul polisi narkotik alverçilərinin tutulması üzrə xüsusi əməliyyatı keçirir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Haber7" telekanalı xəbər yayıb.

Xüsusi əməliyyatda 100-dən artıq polis iştirak edib, onlar havadan helikopterlərlə dəstəkləniblər.

Bir çox narkotik maddə alverçilərinin saxlandığı və narkitik vasitələrin iri partiyasının götürüldüyü xüsusi əməliyyat davam edir.

AzNews.az