Metroda baş verən qəzaya görə 2 nəfər tutuldu

16 İyul 2014 11:04 (UTC+04:00)
Rusiya İstintaq Komitəsinin Baş istintaq idarəsi Moskva metrosunda ötən gün baş verən qəza ilə bağlı şübhəli bilinən 2 nəfəri saxlayıb.
AzNews.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, hadisənin baş verməsində şübhəli bilinən "Moskva metropoliteni" Dövlət Nəqliyyat İdarəsinin yol xidmətinin ustası Valeriy Başkatov və köməkçisi Yuriy Qordov istintaqa cəlb olunub.

Qeyd edək ki, ötən gün Moskva metrosunun "Slavyansk bulvar" stansiyasında baş vermiş qəza nəticəsində 162 nəfər xəsarət alıb, 22 nəfər isə dünyasını dəyişib.

Əhməd
AzNews.az