Slavyanskda öldürülən separatçıların meyitləri minalanıb

16 İyul 2014 13:23 (UTC+04:00)
Ukraynanın cənub-şərqində aparılan antiterror əməliyyatlarında son sutka ərzində 11 hərbçi həlak olub.

AzNews.az-ın məlumatına görə, bunu Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat katibi Andrey Lısenko brifinqdə deyib.

O bildirib ki, bəzi KİV-lərin həlak olanların sayı ilə bağlı yaydığı məlumatlar həqiqəti əks etdirmir.

A.Lısenko azad edilmiş Slavyansk şəhərində 100-ə yaxın separatçının meyitinin tapıldığını da bildirib. O, həmin meyitlərin minalandığının ehtimal olunduğunu da söyləyib.

Əhməd
AzNews.az