800-dən artıq PKK terrorçusu Türkiyədən Suriyaya keçdi

16 İyul 2014 13:48 (UTC+04:00)
Kürd Fəhlə Partiyasının (PKK) 800-dən artıq terrorçusu Türkiyədən Suriya ərazisinə keçib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Milliyyət" qəzeti xəbər yayıb.

Qəzetin məlumatına görə, PKK yaraqlılarının Suriyaya keçməsində məqsəd bu ölkədə yaşayan və "Cəbhə-ən-Nüsra" terror təşkilatının yaraqlılarına qarşı vuruşan kürdlərə yardım etməkdir.

AzNews.az